Başı kəsilmiş zınqırovlu ilan adamı “qatil”ini dişlədi…
ABŞ-ın Texsas ştatında qəribə hadisə yaşanıb. Bir nəfər həyətində gördüyü zınqırovlu ilanın başını kəsib. Onun öldüyünü düşünərək baş hissəsini götürüb atmaq istəyəndə ilan onu çalıb.
Minval.info xəbər verir ki, baş vermiş hadisəni ilanın hücumuna məruz qalan şəxsin həyat yoldaşı Cenifer Satklif danışıb: “Həyat yoldaşım həyətdəki 1,25 metrlik zınqırovlu ilanın başını kəsib. Sonra onu atmaq istəyərkən ilan onu qəfildən çalıb”.
Yaralanmış şəxs 26 doza zərdab qəbulundan sonra həyata qayıdıb. Həkimlər indi onun vəziyyətinin hazırda yaxşı olduğunu, lakin böyrəklərinin fəaliyyətində zəiflik müşahidə edildiyini bildirib.
Onu da qeyd edək ki, zınqırovlu ilan ən zəhərli ilanlar siyahısında liderlərdir. Quyruğunun sonundakı zınqırovla tanınan bu ilan 2-3 metr məsafəyə tullanmaq qabiliyyətinə malikdir. Onun zəhəri çalınan orqanı büsbütün sıradan çıxarmaq, yaxud ölümə səbəb olmağa kifayət edir. Nəfəsalmada çətinlik, iflic və qanaxma zınqırovlu ilan hücumunun əsas simptomlarıdır. Bu ilanlar bala mərhələsində daha təhlükəli olur, çünki onlar vurduqları zəhərin həcminə nəzarət edə bilmirlər.
Ölmüş ilanların dişləmə refleksi ölümündən bir neçə dəqiqə sonra da davam edir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır