Bakının daşınmaz əmlak bazarında qiymətlərlə bağlı PROQNOZ
Bu ilin sonunadək Bakının daşınmaz əmlak bazarında qiymətlər 6 faiz bahalaşa bilər.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
N.İbrahimovun sözlərinə görə, ümumilikdə paytaxtda daşınmaz əmlak bahalaşmaqdadır. Amma bu əsasən kommersiya mənzilləri, torpaq, fərdi və bağ evləri bazarları hesabına baş verir.
Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında torpağın qiyməti 3,32 faiz, kommersiya obyektləri 0,23 faiz, kommersiya obyektlərinin icarəsi isə 1,46 faiz bahalaşıb. İlin əvvəlindən ən çox artım fərdi və bağ evlərinin qiymətində qeydə alınıb – 13,27 faiz.
Azərbaycanda tikinti sektoru son iki-üç ildəki durğunluqdan sonra qismən bərpa olunmağa başlayır. 2018-ci ilin ilk yarısında ölkədə tikintinin ümumi həcmi 463,8 milyon dollar təşkil edib (il ərzində 17,6 faiz artım). İlin əvvəlindən ümumilikdə 946,4 min kvadrat metr sahədə yaşayış evləri istifadəyə verilib ki, bu da 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 12,9 faiz çoxdur.
Qiymət artımına qismən ipotekaya mənzillərin alınması təsir göstərir. Mərkəzi Bankın məlumatlarına əsasən, bu ilin ilk 6 ayı ərzində Azərbaycan İpoteka və Kredit-Təminat Fondu xətti ilə 117,4 milyon manat ipoteka krediti verilib. Bu, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 52,5 faiz çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə