Bakıda taksi qiymətləri artıb: Aylıq xərclər 330 manata çatır
Bakıda taksi xidmətlərinin qiymətləri əhalinin gəlirləri ilə müqayisədə yüksək olaraq qalır. Bu barədə məlumat Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc tərəfindən verilib.
Minval.info xəbər verir ki, Orucun sözlərinə görə, bir vətəndaşın işə gedib-gəlmək üçün gün ərzində iki dəfə taksidən istifadə etməsi nəticəsində orta hesabla gündəlik 15 manat xərci yaranır. İş günləri üzrə hesablandıqda bu məbləğ ay ərzində təxminən 330 manata çatır ki, bu da minimum istehlak səbətinin hazırkı dəyərindən yüksəkdir.
Vüqar Oruc bildirib ki, 330 manatlıq aylıq taksi xərci, minimum əməkhaqqı olan 400 manata çox yaxındır. Orta aylıq əməkhaqqı 1104 manat olduğu halda isə gündəlik iş gediş-gəlişinə taksiyə xərclənən məbləğ aylıq gəlirin təxminən üçdə birini təşkil edir. Bu göstəricilər taksi tariflərinin əhalinin mövcud gəlir səviyyəsi ilə tam uyğunlaşmadığını ortaya qoyur.
Bununla yanaşı, taksi xidmətlərinin öz xərcləri də nəzərə alınmalıdır. Yanacaq və ya enerji sərfiyyatı, sürücünün vaxtı, avtomobilin saxlanılması və taksi şirkətlərinə ödənilən xidmət haqları bu sahədə xərclərin əhəmiyyətli hissəsini təşkil edir. Bu səbəbdən tariflərin yüksək olması avtomatik olaraq sürücülərin və ya taksi şirkətlərinin böyük gəlir əldə etməsi anlamına gəlmir.
AQC sədri əlavə edib ki, taksi qiymətlərini qonşu ölkələrlə müqayisə etdikdə isə Azərbaycanda tariflərin ümumilikdə həmin ölkələrdəki qiymətlərdən kəskin fərqlənmədiyi görünür. Avropa ölkələri ilə müqayisədə isə taksi xidmətlərinin qiymətləri daha yüksəkdir. Bunun əsas səbəbi həmin ölkələrdə əhalinin gəlir səviyyəsinin də daha yüksək olmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Strateji valyuta ehtiyatlarımız 41 aylıq idxalı qarşılaya bilir
Boz səma altında günəş panelləri ilə enerji xərclərinə qənaət
Azərbaycan Asiyadan Avropaya elektrik şəbəkəsi qurmağı planlayır
“Kristal” layihələrində mənzil kreditləri yeniləndi: illik 8%-dən başlayır
Ət qiymətlərinin artımı barədə nazirin açıqlaması
Ən zəngin afrikalı Efiopiya-Cibuti yanacaq boru kəmərinə dəstək verir
Kənd Təsərrüfatı naziri ət qiymətlərinin artım səbəblərindən danışdı