Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüşü başlayıb
Pxanmuncom sərhəd məntəqəsində Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüş başlayıb.
APA-nın məlumatına görə, bu barədə “Rönhap” agentliyi xəbər verib.
İki ölkə rəsmiləri arasında görüş yerli vaxtla saat 10:00-da başlayıb. Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə nazirliyinin rəhbəri Ço Mön Gün, Şimali Koreyanın nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edir. Görüş qapalı keçirilir.
Tərəflər ilk növbədə Şimali Koreya idmançılarının bu ilin fevralında Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakını müzakirə edəcəklər. Qeyd edək ki, bu, 2012-ci ildən bəri tərəflər arasında keçirilən ilk görüşdür.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
