25.02.2018 - 18:12
İdman
45 baxış
Bakıda müəllimlər zorla futbol oyununa gətirilir - FOTOLAR
Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən 62, 150 və 151 saylı orta məktəblərin müəllimləri məcburi şəkildə Azərbaycan Premyer Liqasının “Keşlə” – “Sumqayıt” oyununa gətirilib.Minval.İnfo futbolinfo.az saytına istinadən xəbər verir ki, meydan sahiblərinin rəhbərliyi tribunaları süni şəkildə doldurmaq üçün belə bir addım atıb. Bildirilir ki, rayonun icra başçısı Arif Qasmımov klubun Müşahidə Şurasının üzvü olduğundan tribunaları doldurmaq üçün təzyiq vasitələrindən istifadə edib.
Minval.İnfo

62, 150 və 151 saylı orta məktəblərin müəllim kollektivi tapşırıqla stardiona gətirilib. Onların hər birinə özləri ilə əlavə adamlar gətirmək tapşırığı da verilib. Xanım müəllimlərdən birinin bacısı bunu saytın əməkdaşı ilə söhbətdə təsdiq edib. Stadionda müəllimlərlə yanaşı, çox sayda qadın və uşaqlar olub.
Bildirilir ki, müəllimlər işdən qovulmaqla hədələnərək stadiona gətirilir.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
05.09.2026 - 18:27
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
05.09.2026 - 17:24
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
05.09.2026 - 16:21
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
05.09.2026 - 16:14
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır
05.09.2026 - 16:07
Xorvatiyalı triatlonçu Bakıda fərqləndi: Qalib gəldi!
05.09.2026 - 16:00
Torpaq konsolidasiyası: Vətəndaş razılığı olmadan alınmayacaq!
05.09.2026 - 15:47
Azərbaycanda gender maaş fərqi: Qadınlar geridə qalır
05.09.2026 - 15:26