Bakıda məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakı şəhəri Səbail rayonunda yerləşən 132-134 saylı təhsil kompleksində şagirdlərin intim münasibətdə olması ilə bağlı video yayılıb.
Minval.İnfo-nun məlumatına görə, yayılan videoda şagirdlərin geyinib-soyunma otağında münasibətdə olduğu görünür.
Faktla bağlı Təhsil Nairliyi baku.ws-ə açıqlama verib. “Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur”, – deyə açıqlamada bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəb mədrəsə deyil, öz qaydaları var