Bakıda işlənmiş avtomobillərin qiymətləri dəyişəcək - PROQNOZ
Dekabrda Bakının avtomobil bazarında işlənmiş maşınların müxtəlif markalarında qiymət artımı gözlənilir.
Bununla bağlı Oxu.Az-a “Bakı avtomobil satışı mərkəzi”ndən məlumat verilib.
On ildir avtomobil alqı-satqısı ilə məşğul olan Zamir Musayevin sözlərinə görə, ənənəvi olaraq Yeni il ərəfəsində avtomobil bazarında canlanma müşahidə edilir.
“Əgər buna 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək yeni gömrük rüsumlarını da əlavə etsək, bir sıra avtomobillərin qiymət artımının qaçılmaz olduğunu görərik. Alverçilər bazarda canlanma gördükdə süni olaraq qiymətləri qaldırırlar”, – Z.Musayev deyib.
O əlavə edib ki, mühərrikinin həcmi 2.0-dan yuxarı olan avtomobillərin qiymətləri 20 faiz arta bilər.
“Bu gün azərbaycanlı alıcılar daha az həcmli mühərriklərə üstünlük verir. Əksinə, mühərrikinin həcmi 5.0 olan cipləri satmaq çox çətindir və düşünürəm ki, bu avtomobillərinin qiymətlərində dəyişiklik olmayacaq”, – Z.Musayev əlavə edib.
Analoji fikirlər nəqliyyat sahəsindəki ekspertlər tərəfindən də dəstəklənib. Analitiklərin fikrincə, Azərbaycanda hər il dekabrın sonlarında avtomobillərdə süni qiymət artımı müşahidə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir