Bakıda güclü külək 3 yük maşınını aşırdı — Yaralılar var (FOTO)

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 3 yük avtomobili güclü küləyin təsirindən yol kənarına aşıb.
”Minval.İnfo”nun “Report”a istinadən xəbərinə görə, hadisələrdən ikisi Bakı-Qazax yolunda baş verib.
Burada un Türkiyə və Gürcüstan dövlət qeydiyyat nişanlı “Scania” və “İveco” markalı qoşqulu yük avtomobilləri aşıb. Nəticədə xəsarət alan olmayıb.
Bundan əlavə Bakı istiqamətində hərəkətdə olan “Ford Transit” markalı “99-FZ-584” dövlət qeydiyyat nişanlı yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə sürücü Əhmədov Məmməd Nəsir oğlu ağır bədən xəsarətləri alaraq özəl xəstəxanaların birinə yerləşdirilib.
Hər üç avtomobil yolun hərəkət hissəsində olduğundan yolda sıxlıq yaranıb. Lakin yolda nəqliyyatın hərəkəti polislər tərəfindən tənzimlənib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Sabunçuda su qəzası: İçməli su israfı!