Bakıda daimi kənd təsərrüfatı yarmarkası fəaliyət göstərəcək - Mağazalar açılır
“Dövlət Aqrar Ticarət Şirkəti” MMC fermerlər üçün məhsulların satışı üçün yeni kanallar yaratmağı planlaşdırır.
Minval.info “İnterfax”a istinadən xəbər verir ki, bunu şirkətin direktoru Leyla Məmmədova bu gün jurnalistlərə bildirib.
“Oktyabr ayında Bakıda ilk mağazamızın açılışı olacaq. Burada yerli fermerlərin məhsulları təqdim ediləcək. İlin sonuna kimi Bakı və ətraf qəsəbələrdə daha bir neçə mağazanın açılışı planlaşdırılır”, – L.Məmmədova qeyd edib.
Onun sözlərinə görə, Bakıda daimi kənd təsərrüfatı yarmarkanın açılışı nəzərdə tutulur. “Bu yarmarkanın fərqli cəhəti daimi dislokasiya, həmçinin tematik satışların həyata keçirilməsi olacaq”, – L.Məmmədova vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi