“Əbədi gənclik” resepti tapıldı!
Dərinin cavan və orqanizmin sağlam qalması üçün ilkin şərt düzgün qidalanmadır. Qida rasionunuzu düzgün təşkil etsəniz, ömrünüzün 70 faizini cavanlıq təşkil edəcək. Bunun üçün “qocalmaya qarşı” qida məhsullarından daha çox istifadə edin. Bəs bu məhsullar hansılardır?
Avakado
Bu meyvəni “əbədi gənclik” qidası adlandırırlar. E vitamini və antioksidantlarla zəngindir. Bu maddələr isə saçların və dərnin sağlamlığı üçün əvəzolunmazdır.
Qaragilə
Meyvə deyil, xəzinədir! C vitamini ilə zəngindir, qan dövranını yaxşılaşdırır, qocalmaya qarşı ən təsirli meyvələrdən biridir.
Brokoli (gül kələmi)
Tərkibi sellüloz, C vitamini və beta-karotinlə zəngindir. Çəkini normada saxlamağa kömək edir, pəhrizdən sonra çəkinin artmasını əngəlləyir, ürək xəstəliklərindən qoruyur.
Darçın
Məşhur enerji mənbələrinin siyahısında ilk yerdə dayanan darçının ətri yorğunluğu aradan qaldırır və əlavə enerji verir. Səhər yeməyinizdə darçından istifadə edin və bütün günü gümrah əhvalda keçirəcəksiniz.
Qara şokolad
Bir şərtlə ki, tərkibində kakaonun miqdarı 70 faizdən az olmasın. Belə şokoladın bir-iki dişləmi həzmi yaxşılaşdırır, dəriyə və saçlara parlaqlıq verir.
Yerarmudu (və ya yeralması)
Təəssüf ki, bu meyvənin gücü lazımınca qiymətləndirilmir. Tərkibi kalium maddəsi ilə zəngindir ki, bu da ürəyin ömrünü uzadır. Həmçinin qanda şəkərin miqdarını aşağı salır.
Qırmızı kələm
Bənövşəyi rəngdə olanları seçib istifadə etsəniz, orqanizminizi antioksidantlarla zənginləşdirə bilərsiniz. Bu isə sizi xərçəngdən qorumaqla yanaşı, həm də dəridə qırışların yaranmasını əngəlləyəcək.
Lobya (paxla)
Bu bitki xolesterinin miqdarını azaldır və ürək xəstəliklərindən qoruyur. Gündəlik qida rasionunuzda bu bitkiyə yer verməklə orqanizminizin gücünü qoruyub saxlaya bilərsiniz. (saglamolun.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür