“Azyaşlı qızlar hamilə qalırdı” - İŞİD-dən qaçan qadın
ABŞ-ın “Washington Post” qəzeti bir müddət İŞİD-in paytaxtı Rakkada terror qruplaşmasının mamaçası kimi işləyən 66 yaşlı Samirə əl-Nasrdan müsahibə alıb.
Minval.İnfo ölkə.az-a istinadən xəbər verir ki, Nasr İŞİD-in iç üzündən danışıb.
Samirə bildirib ki, İŞİD terrorçuları öz ailələri və uşaqlarına da qarşı laqeyd davranırlar.
Nasr terrorçuların etinasız və cani olduqlarını bildirib:
“3 il ərzində taksi ilə İŞİD terrorçularının evinə getdim. Bir çoxu xarici idi və bu etdiklərimdən qürur duymuram. Qadınlara dərman və ağrıkəsici vermək qadağan edilmişdi. Qadınlar saatlarla sancı çəkərək uşaq dünyaya gətirirdilər. Rakkada normal doğuşlardan 20, qeysəriyyə əməliyyatından isə 50 dollar alırdım. Terrorçuların arvadları əsasən uşaq yaşda olurdu və fərqli ölkələrdən gəlirdi. Tunis, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Somali, Mərakeş, İrlandiya, Fransa, Almaniya, Rusiya, Türkiyə və bilmədiyim bir çox ölkədən hamilə qadın gördüm. Suriyadan gələn hamilələrin çoxu uşaq yaşlarında idi. Ən böyüyünün 15, ən kiçiyinin 13 yaşı var idi”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
