“Azpetrol”u almış 80 yaşlı məşhur oliqarx öldü
“Demirören” holdinqin qurucusu və idarə heyətinin sədri Ərdoğan Demirörenin vəfat edib.
Minval.info xəbər verir ki, “Doğan” media qrupunu 1,1 milyard dollara satın alan iş adamı 80 yaşında həyatını itirib.
“Demirören” şirkətlər qrupunun rəhbəri eyni zamanda 1971-ci ildə Türkiyənin ilk qaz şirkətini alaraq ölkənin qaz sektorunun böyük bir hissəsini də öz əlində cəmləşdirmişdi.
Sıxılmış maye qaz üzrə ixtiaslaşmış olan “Milangaz”, “Likidgaz”, “Mutfakgaz”, “Güneşgaz” şirkətləri də “Demirören” qrupuna daxildir. Onun Türkiyədə 24 yanacaqdoldurma müəssisəsi, 40 min tonluq tutuma malik xammal anbarı, 450 min tona çatan satış potensialı olan holdinqin tərkibində 195 TIR, tank və treylərdən ibarət nəqliyyat şirkəti də var.
Türkiyə mediası Ərdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır. (Görünür söhbət “Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir-red.)
Qeyd edək ki, Ərdoğan Demirören eyni zamanda Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Demirörenin atası idi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada terror aktının qarşısı alındı
Con Kennedinin qətli ilə bağlı daha 3500 sənəd dərc edilib
Günahsız yerə 35 il həbs yatdı, 3 milyon təzminat alacaq
ABŞ prezidentinin reytinqində rekord sıçrayış baş verib
Ukraynada polis Azərbaycan vətəndaşını öldürdü
Putin Vahid Ələkbərovla görüşdü