"Azərenerji"də yeni təyinatlar olub
“Azərenerji” ASC-də iki yeni təyinat olub.
“Report” xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev “Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.
Bundan başqa, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev “Azərenerji” prezidentinin müşaviri təyin olunub.
Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona “Əməkdar mühəndis” fəxri adı verib.
Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.
Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Rzayev “Azərenerji”nin prezidenti təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir