Azərbaycanlı qız Berlində polis komissarı oldu — Gözəlliyi ilə göz qamaşdırır + FOTO
Almaniya internet informasiya məkanında azərbaycanlı polis komissarı haqqında məlumatlar yayılıb.
Lena adlı xanım orta məktəbdə oxuyarkən anası ilə birlikdə Bakıdan Berlinə köçüb. 29 yaşlı azərbaycanlı polis komissarı 14 il əvvəl yollandığı Almaniyada özünə xoşbəxt bir həyat qura bilib. Anası 55 yaşlı Susana Almaniyada tibbi yardım alır, 57 yaşlı atası İlham isə 6 il Bakıda işlədikdən sonra Berlinə yollanıb.
“15 yaşında almanca danışa bilmirdi, indi isə polis komissarıdır”, – deyə Almaniya mətbuatında dərc olunan məqalədə bildirilir. Lakin indi Lena, alman, eləcə də rus, türk, ingilis və fransız dillərində danışa bilir. Məqalədə Lana miqrantların alman cəmiyyətinə uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi kimi göstərilir.
Lana qeyd edir ki, məktəbdə oxuduğu illərdə almaniyalı sinif yoldaşları onu məsxərəyə qoyub: “Bütün gün ağlayırdım, ancaq ailəsini dolandırmaq üçün Bakıda işləyən və bura yalnız altı il sonra köçmüş atamı heç vaxt unutmurdum. Mənim heç vaxt dostlara ayırmağa vaxtım olmasa da, nə istədiyimi qəti şəkildə bilirdim. Dünyada nələrisə yaxşılığa doğru dəyişmək üçün polis olmağı arzulayırdım””.
Hazırda Lana polis komissarıdır və artıq iki ildir ki, Berlinin Noyköln rayonunda təhlükəsizliyə nəzarət edir.(ölkə.az)





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü