Azərbaycanlı miyarderdən insan sümükləri üzərində tikinti aparmasına REAKSİYA
“Biz əminik ki, Babuşkina küçəsində aparılan inşaatla bağlı məsələ süni şəkildə şişirdilir”.
“Minval.info” xəbər verir ki, bu barədə Oxu.az-a “Konrad” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Rəşadə Orucova açıqlama verib.
Onun sözlərinə görə, layihənin təkcə düşmənləri yox, eyni zamanda, çoxsaylı tərəfdarları var.
“Tikinti qruntun dərin qazılaraq çıxarılması ilə başladı. Buna əlavə olaraq deyə bilərəm ki, Ticarət-Əyləncə Kompleksinin tikintisinə ayrılmış ərazi 0,29 hektar sahədən ibarətdir. Bu, bundan əvvəl “Sputnik” kinoteatrının tikintisinə ayrılmış ərazidən daha kiçikdir.
Rusiya Dövlət İnzibati-Texniki Müfəttişliyinin orderinə görə, tikinti şəhərciyi üçün ayrılmış ərazi binanı tikən şirkətin mülkiyyətində olan torpaq sahəsindən böyükdür. Bu ərazi tikinti vaqonları və müvəqqəti yol qurğularının yerləşdirilməsi üçün icarəyə götürülüb.
Tikinti yalnız 0.29 ha torpaq sahəsində aparılır ki, bu “Sputnik” kinoteatrı və mühəndis kommunikasiyalarının balansında olan torpaq sahələrindən dəfələrlə kiçikdir, ikincisi, Kuybış rayon məhkəməsi qərarında istifadəsi mümkün olduğu göstərilən sahədən kiçikdir.
2013-cü ildə müdafiəçilər məhkəməyə iddia qaldırıb ki, nəticədə məhkəmə bütün materialları, o cümlədən arxiv materiallarını araşdırıb”.
R.Orucova bildirib ki, bunun nəticəsində məhkəmə 8243 kv.m sahənin qəbiristanlıq sahəsi olmadığını müəyyən edərək bu barədə müvafiq qərar verib.
Qeyd edək ki, “Konrad” Şirkətlər Qrupunun sahibi Vaqif Məmişovdur. Məmişov Masallı rayonunda doğulub. 2016-cı ilin hesablamalarına görə, onun varidatı 500 milyon dollara yaxındır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır