Azərbaycanlı biznesmendən aktrisaya əxlaqsız təklif - “1 gecəyə 1 milyon dollar”
Türkiyənin tanınmış aktrisası Özge Borak ona edilən əxlaqsız təklifi sosial şəbəkə hesabında ifşa edib.
“Qafqazinfo” xəbər verir ki, özünü azərbaycanlı iş adamı kimi təqdim şəxs instagram hesabından aktrisaya onunla bir gecə keçirməsi qarşılığında 1 milyon dollar təklif edib. İstifadəçi “Moskvada yaşayıram. Səninlə bir gecəyə bir milyon dollar… Hesabını söylə, pulu dərhal hesabına yatırım” deyə Boraka mesaj yazıb.
Aktrisa isə instagram hesabından adını açıqlamadığı istifadəçini belə ifşa edib: “Çox izləyici mesajını paylaşan biri deyiləm. Ya çox gülməli, ya da maraqlıdırsa paylaşaram. Qadın və ya kişi fərq etməz. Hər kəsə olmasa da, bəzilərinə cavab verməyə çalışıram. Sevgi mesajları da çox olur. Sağ olun. Məncə çoxu həddində olur və hörmətsizlik daşımır. Amma bu hədsizliyə nə deyəcəyimi bilmədim. Ən yaxşısı bunu deyim; Biz onun serialını çəkdik, canım”.
Qeyd edək ki, aktrisa son olaraq “İstanbullu gəlin” serialı ilə izləyici qarşısına çıxmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
