Azərbaycanlı biznesmen həbs edildi
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində iri azərbaycanlı biznesmen, “pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib.
Minval.info virtualaz.org-a istinadən bildirir ki, bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.
“Pomidor kralı” Vahid Novruzov Mıtişi şəhərindəki “Bakinskiy bulvar” restoranında heyrətdən donub qalmış azərbaycanlıların gözü qarşısında saxlanılıb. Saxlanılandan dərhal sonra Rusiya İstintaq Komitəsinin Mıtişi şöbəsi tərəfindən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmədə vəsadət qaldırılıb. Məhkəmə vəsadəti təmin edib və Novruzovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Vahid Novruzov Mıtişi şəhərində pərakəndə meyvə-tərəvəz ticarətinə nəzarət edir, şəhərdə onun onlarla (hətta ola bilsin yüzlərlə) ixtisaslaşmış mağazaları, kafe və restoranları, avtoservisi və digər kommersiya obyektləri var. Novruzov bir neçə şirkətin sahibidir. Hüquqi şəxslərin qeydiyyatı Vahid Reyestrində göstərilir ki, Novruzov Vahid Məmməd oğlunun adına Mıtişi şəhərində fəaliyyət göstərən H v M MMC, Real-Alfa MMC və digər bir neçə şirkət qeydiyyatdadır. Sonuncu şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur.
“Pomidor kralı” Novruzovun hansı vəzifəli şəxsi rüşvətlə ələ aldığı barədə məlumat yoxdur. Amma hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, Novruzovun şəhərdəki mağazalarının, pərakəndə ticarət köşklərinin əksəriyyəti qanunsuzdur və onun biznesi illərdir yerli məmurlarla, o cümlədən yüksək vəzifəli polislərlə korrupsiya əlaqələri sayəsində çiçəklənib. Bildirilir ki, hazırda da iri ulduzlu paqonlular və ciddi vəzifələr tutan korrupsionerlər Novruzovun barəsində təhqiqatı əngəlləməyə çalışırlar.
Belə ki, Novruzovun yerli prokurorluq və polis orqanlarının rəhbərləri ilə sıx əlaqələri var. Və onun problemləri şəhər rəhbərliyinin dəyişməsindən və ticarətə cavabdeh olan məmurların yeniləri ilə əvəzlənməsindən sonra başlayıb. O da istisna deyil ki, Novruzovu sadəcə olaraq biznesini əlindən almaq üçün sıxışdırırlar.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ