Azərbaycanlı Bakıya uçan sərnişin təyyarəsini qaçırmaq istədi - VİDEO
Moskvadan Bakıya gəlmək üçün Atatürk Hava limanı Beynəlxalq Terminalında gözləyən Rusiya vətəndaşı olan sərnişin təyyarəni qaçırmaq üçün qapını qırıb.
Azərbaycan əsilli Elşad Hüseynzadə (45 yaş) saat 01:30-da Bakıya uçuşu planlaşdırılan sərnişin təyyarəsinin qalxmasına az qalmış hava limanında qapalı olan plastik qapını yumruq və təpikləyərək qırıb. Hüseynzadə qapını qıraraq təyyarəyə doğru qaçmağa başlayıb.
Olay barədə səlahiyyətlilər tərəfindən dərhal polisə məlumat verilib. Polis Rusiya vətəndaşı olan sərnişinin qarşısını ala bilib. Elşad nəzarətə götürülüb
Onun ifadəsinin alındığı deyilir. İçkili olduğu iddia edilən sərnişin sərbəst buraxılıb.
Qeyd edək ki, Hüseynzadə THY-nin TK-416 saylı təyyarəsi ilə yerli vaxtla saat 23:45-də Moskvadan İstanbula gəlibmiş.(milli.az)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən bahalı balığına milyonlar ödədilər — FOTO / VİDEO
Əfqanıstanda zəlzələ baş verdi
Qonşu ölkədə iki aylıq hamilə gəlin ərini öldürdü
Ərdoğanla Makronu yaxınlaşdıran Trampdır?
Putin tankları Suriyaya göndərdi - FOTO
Gürcüstanda koronavirusa yoluxanların sayı 610-a çatdı
İlbiz yedi, 3 il komada qaldı - Bədənində qurdlar yarandı