25.08.2018 - 09:48
İqtisadiyyat
25 baxış
Azərbaycanın ümumi dövlət borcunun məbləği açıqlandı
Minval.info-nun məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd edilib.
2018-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikası dövlət borcunun ümumi məbləği 17.007,4 milyon manat təşkil edib.
Sənəddə göstərilib ki, məcmu dövlət borcunun 15.978,1 milyon manatı (9.398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici, 1.029,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil etmişdir. Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub.
Xarici dövlət borcunun 3.331,4 milyon ABŞ dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5.510,4 milyon ABŞ dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 milyon ABŞ dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
12.09.2026 - 22:53
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
12.09.2026 - 14:36
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
12.09.2026 - 12:37
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
12.09.2026 - 11:48
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
12.09.2026 - 08:25
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
12.09.2026 - 08:04
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
11.09.2026 - 22:58
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
11.09.2026 - 20:38
