27.07.2018 - 21:02
İqtisadiyyat
19 baxış
Azərbaycanın ən məhsuldar rayonlarının adları məlum oldu
Minval.info “Trend”-ə istinadən xəbər verir ki, 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 milyon 049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılıb.
Toplanmış məhsul 2 milyon 833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1 milyon 895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli-paxlalı bitkiləridir.
Respublikanın 11 rayonunda dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digər rayonlarda isə 90,0 faizdən aşağı olub.
Ölkənin 29 rayonunda dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə (40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında olub.
Şəki şəhərində (216,7 min ton), Cəlilabad (156,5 min ton), Kürdəmir (136,4 min ton), Neftçala (121,9 min ton), Füzuli (108,2 min ton), Ağcabədi (107,0 min ton) və Ağsu (98,7 min ton) rayonlarında daha çox taxıl istehsal edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
12.09.2026 - 08:25
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
12.09.2026 - 08:04
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
11.09.2026 - 22:58
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
11.09.2026 - 20:38
Müəllimlərin maaşı 35 faiz artır!
11.09.2026 - 17:15
Neftin qiyməti kəskin artdı: 108,71 dollar
11.09.2026 - 14:06
Neftin qiyməti 100 dollara yaxınlaşır!
10.09.2026 - 14:18
Birbank əməliyyatlarında yeni komissiya tətbiqi
10.09.2026 - 12:26
