Azərbaycanın cənubunda kütləvi zəhərlənmə: 11 ölü, yüzlərlə yaralı var
İranda göbələkdən kütləvi zəhərlənmə faktı qeydı alınıb.
Sputnik Azərbaycan “İSNA”-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya açıqlama verib.
O bildirib ki, zəhərlənmə nəticəsində 11 nəfər dünyasını dəyişib, ən azı 800 nəfər müxtəlif xəsarətlər alıb. Məlumata əsasən, hazırda xəstəxanalarda ən azı 230 nəfər qalır. Üç nəfərin üzərində böyrək köçürməsi əməliyyatı həyata keçirilib.
Kütləvi zəhərlənmə halı Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Həmadanda qeydə alınıb.
İnfeksion Xəstəliklər Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya qeyd edib ki, intensiv yağan yağışlar göbələklərin artması ilə nəticələnib: “İnsanlar zəhərli və zəhərsiz göbələkləri ayırd edə bilmirlər. Nəticədə zəhərli göbələklər mağazalarda yer alır”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
OPEC+ neft hasilatını artırmır: Bazar gərginliyi artır
Beyində xatirələrin sinxronlaşma sirri açıldı
Neftin qiyməti Yaxın Şərq gərginliyi ilə zirvədə
ABŞ Hörmüz boğazında yeni müttəfiqlər axtarır
