Azərbaycandan olan kriminal avtoritet azadlığa çıxır - UKRAYNADA QALMAQAL - FOTO
Fevralın 1-də Jitomirdə keçirilən xüsusi əməliyyat zamanı yerli sahibkarın qətlində şübhəli bilinən 31 yaşlı Azərbaycan vətəndaşı saxlanılmışdı.
Minval.İnfo virtualaz.org-a istinadən bildirir ki, tutularkən onun üstündən silah tapılmışdı.
Cinayətkar il yarım idi ki, beynəlxalq axtarışda hesab edilirdi. Jitomir polisinin ərazi kommunikasiyası üzrə bölməsinin xəbərinə görə, azərbaycanlı Ukraynaya qeyri-leqal yolla gəlib. Cümə və şənbə günləri (2-3 fevral) polislər müvafiq tədbirin elan edilməsi üçün şübhəli şəxsi məhkəməyə gətiriblər. Ancaq heç bir iclas olmayıb.
Birinci dəfə – vəkillər tərəfindən tərcüməçiyə ehtiyac olması ilə bağlı verilən bildirişə görə. Demə, Azərbaycan vətəndaşı nə rus, nə də Ukrayna dilini bilirmiş… İkinci dəfə isə hakim olmadığına görə.
Qanunvericiliyə əsasən, qətimkan tədbirinin elanının proseduru üçün nəzərdə tutulmuş müddət – 48 saat bu gün, fevralın 3-ü axşam bitəcək. Belə məhkəmə presedentləri Jitomirdə əvvəllər də baş verib: polis cinayətkarı tutub, amma məhkəmə onu buraxıb.
Qeyd edək, 23 may 2016-cı ildə Jitomir bazarlarından birində kafedə nahar zamanı 29 yaşlı sahibkarı güllələmişdilər. Polis cinayətə aidiyyəti olanların şəxsiyyətini müəyyən etmişdi. Qəsdən adam öldürmədə şübhəli bilindiyinə görə barəsində qiyabi həbs qərarı çıxarılan Azərbaycan vətəndaşı o vaxtdan beynəlxalq axtarışa verilmişdi…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır