Azərbaycanda yüksək keyfiyyətli dərman preparatlarının istehsalı planlaşdırılır
İran və Azərbaycan arasında əczaçılıq sahəsində imzalanan memorandumda müəyyən dəyişikliklər olub.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
C.Cahangirzadənin sözlərinə görə, dəyişikliyə səbəb əczaçılıq zavodunda 84 dərman preparatının istehsalı ilə əlaqədardır.
Səfir əlavə edib ki, ümumi istehsala, həmçinin topdansatışa görə də lisenziya verilməlidir: “Bununla əlaqədar Azərbaycanın müvafiq qurumları, o cümlədən Səhiyyə və İqtisadiyyat nazirliyi ilə lisenziya verilməsi üçün müzakirələr aparılmalıdır”.
Diplomatın sözlərinə görə, Azərbaycan yüksək keyfiyyətli dərman preparatlarının istehsal edilməsini istədiyi üçün bu, müəyyən vaxt tələb edir: “Tezliklə istehsalçı şirkətin rəsmiləri Azərbaycana səfər edəcək və dərman preparatlarının istehsalı ilə əlaqədar danışıqlar aparılacaq”.
Qeyd edək ki, 2017-ci ilin yanvarında Bakının Pirallahı rayonunda “Caspian Pharmed” Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Bu ölkə “Lukoyl”un aktivlərini ALIR
Gələn il pensiyalar nə qədər artırıla bilər?
Azərbaycana uşaqlar üçün yeni vaksinlər gətiriləcək