Azərbaycanda yeni avtomobil zavodunun təməli qoyuldu - Foto
Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiyanın birgə layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.
“MİNVAL” Azərtac-a istinadən xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov iştirak edib.
Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manat təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.
Zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vyetnam şirkəti gələn il 5 milyon barel Azərbaycan nefti alacaq
Azərbaycan nefti 2 %-dən çox bahalaşıb
Beynəlxalq Bankın baş direktoru işdən çıxdı
Dollar kreditləri İlə bağlı VACİB AÇIQLAMA
Azərbaycan nefti son iki ildə maksimuma çatıb
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1-1,5 faiz artacaq