Azərbaycanda pensiya və maaşlar artırıla bilər
Azərbaycanda 2018-ci il dövlət büdcəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları üçün ayrılan vəsaitin məbləği artırılır.
Minval.info xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Qeyd olunur ki, pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 384 milyon manatla yanaşı, 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128 milyon manat vəsait yönəldiləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada qazın qiyməti 4 ilin zirvəsində!
Dollar ucuzlaşdı, qızıl dəyər qazandı
Müəllimlər üçün yeni maaş artımı şansı!
Gecikmiş 517 min manat işçilərə ödənildi
Ət bahalaşır, kəndli subsidiya ala bilmir
Neftin qiymətində artım: Brent 97 dolları keçdi
Lerikdə sakinlərin çəkdirdiyi yol üç günə dağıldı