Azərbaycanda maşınların qeydiyyat rüsumu artdı - QİYMƏTLƏR
Nazirlər Kabineti 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında tələb olunan rüsumlarla bağlı yeni qaydaları təsdiq edib.
Minval.info Nazirlər Kabinetinə istinadən bildirir ki, bununla da müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun yeni məbləğlərini müəyyən olunub.
Beləliklə, minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:
2.1.1. 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə –0,05 manat;
2.1.2. 3000 kubsantimetrədək 100 manat+ mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
2.1.3. 4000 kubsantimetrədək 200 manat+ mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
2.1.4. 5000 kubsantimetrədək 400manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
2.1.5. 5000 kubsantimetrdən çox olduqda 1500 manat;
2.2. Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;
2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;
2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.
Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ərzaq məhsulları, içkilər, meyvələr bahalaşıb - RƏSMİ
Dünya bazarında neftin qiyməti yüksəldi
Azərbaycan avtomobilləri Ukraynaya satılacaq
Qeyri-neft ixracı 37 faizdən çox artıb
Azərbaycanın bu rayonlarında çörəyin qiyməti BAHALAŞDI
Dolların sabaha olan məzənnəsi
Prezidentdən SƏRƏNCAM: Yevlaxda yol tikintisinə 3 milyon manat ayrıldı