Azərbaycanda bu məhsullar ucuzlaşacaq
Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib. S.Mehdiyev idxal olunan bir sıra məhsullara gömrük rüsumlarının azaldıla biləcəyini vurğulayıb:
“Bu məsələyə gələn il üçün əlavə və dəyişikliklər zərfinin müzakirəsi zamanı baxıla bilər”.
DGK sədri bildirib ki, daxil olan əsas təkliflər ölkəyə gətirilən, sonradan istehsalatda istifadə olunan xammala olan rüsumun azaldılması ilə bağlıdır: “Hökumət sahibkarlardan daxil olan bütün təkliflərə baxacaq və zərurət halında müvafiq qərarlar qəbul edəcək”.
Xatırladaq ki, 2018-ci il yanvarın 1-dən Azərbaycanda yeni gömrük rüsumları qüvvəyə minib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dollar ucuzlaşdı, qızıl dəyər qazandı
Müəllimlər üçün yeni maaş artımı şansı!
Gecikmiş 517 min manat işçilərə ödənildi
Ət bahalaşır, kəndli subsidiya ala bilmir
Neftin qiymətində artım: Brent 97 dolları keçdi
Lerikdə sakinlərin çəkdirdiyi yol üç günə dağıldı
Bazarlarda üzüm bahalaşdı: Qiymətlər yüksəlir!