Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI
Cari ilin oktyabr ayında sentyabra nisbətən ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma olub.
Manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə edilib.
Digər ərzaq məhsullarının qiymətlərində dəyişikliklər baş verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Külli miqdarda vəsaitin büdcədən yayınmasının qarşısı alındı - FOTOLAR
Daha bir neçə bank bağlanacaq - Ekspertdən xəbərdarlıq
“Azərbaycanda hər hansı ərzaq çatışmazlığından söhbət gedə bilməz”
Azərbaycanda kredit faizləri yenidən arta bilər
Bu il 4 milyard manata yaxın pensiya və müavinət ödənilib
İşğaldan azad edilmiş ərazilərin bərpasına həsr olunmuş biznes forum olacaq