Azərbaycanda 7 oğlan maşının şüşəsini qırıb, tələbə qızı qaçırdı — VİDEO
Ağcabədidə 21 yaşlı qız qaçırılıb.
Minval.İnfo xəbər verir ki, hadisə qız dərsdən evə qayıdarkən olub. 7 oğlan avtomobilin şüşələrini sındırıb qızı maşından çıxarıblar.
Laçın rayonundan məcburi köçkün olan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.
Bir müddət əvvəl İsmayıllı rayonunda məskunlaşmış, Laçın rayonundan olan bir ailədən Sevinc Musayeva üçün elçiliyə gəliblər. Anası deyir ki, onlara yox cavabı veriləndən sonra bu hadisə yaşanıb. Hazırda qızı qaçıran tərəf Sevincin valideynlərinə gənclərin ailə qurmaları üçün icazə vermələrini xahiş edir. Amma Musayevlər ailəsi deyir ki, qızın özü də həmin ailəyə gəlin köçmək istəmir.
Qızından xəbər ala bilməyən valideynlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Rayon polis şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi açılıb. Həm qızın, həm də onu qaçıran oğlanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu