Azərbaycana idxal olunan avtomobillərin aksiz dərəcələri artırılıb
Bu gündən etibarən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb.
Minval.info xəbər verir ki, minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda, mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0,20 manat) aksiz dərəcəsi tətbiq olunur.
Mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (hazırda 3 manat), mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat), mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat), mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Elçibəy olmasaydı, Xalq artisti adı ala bilməyəcəkdim” – Flora Kərimova
Ukraynada müharibədə ölən uşaqların sayı açıqlandı
Tanınmış aktyor vəfat etdi
Azərbaycanda yeni təmirdən çıxan yol çökdü - VİDEO
Mövsümi kənd təsərrüfatı məhsulları bahalaşıbmı?
"Əməkdar da, Xalqın artisti də özüməm"
“Mənə dedilər ki, bu oğlunu itirmisən, o birindən muğayat ol”