Azərbaycan qızılından külçə və sikkələr istehsal olunacaq
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan istehsalı olan qızıldan və gümüşdən sikkə və külçələrin hazırlanması layihəsinə başlayıb.
“AzerGold”dan Minval.info-ya verilən məlumata görə, külçə və sikkələrin hazırlanması Cəmiyyətin inkişaf strategiyası əsasında icra olunur.
Layihə ölkənin qızıl hasilatçısı kimi yerli və beynəlxalq bazarlarda tanıtımı, “Made in Azerbaijan” brendinin təşviqi ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstəyin təmin edilməsi və daxili bazarın inkişaf etdirilməsi məqsədini daşıyır. 999.9 əyarlı külçə və sikkələrin istehsalı və “AzerGold” brendi altında təqdim edilməsi yerli bazarda məhsul çeşidinin artırılması və əlverişli iqtisadi münasibətlərin inkişafına təkan verəcəkdir. Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram.
İstehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin “Heydər Əliyev Mərkəzi”, “Qobustan” və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır. Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə