Azərbaycan neftinin qiyməti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 79,66 dollar/barel təşkil edib ki, bu da cümə axşamı gününə olan göstəricidən 0,03 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 78,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 14-də 76,44 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 14-də 77,8 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
80 yaşlı nənənin sevgi macərası: Evdən qaçdı!
Qəbələdə 35 illik qazsızlıq: Sakinlərdən etirazlar
Trablusda neft çənlərinə PUA hücumu: Xəsarət yoxdur
NASA və Blue Origin Mars üçün güclərini birləşdirir
Neftin qiymətində yeni dalğalanma: Brent ucuzlaşdı
Dyson-dan süni intellektli diş fırçası: CameraJet!
Sentyabrda ərzaq qiymətləri yenidən yüksələcək!