Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 61,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,81 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,8 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 17-də 56,69 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,75 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti dekabrın 17-də 58,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,99 dollar/barel azdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ən nüfuzlu Çin brendlərinin reytinqi açıqlanıb - TOP-10
"Bulanıq suda balıq tutmaq zamanı bitib" - Mikayıl Cabbarov
Hökumət problemli kreditlər məsələsini həll edir - İddia
Yol tikintisi sahəsində dövlət standartı təsdiq edilib
Azərbaycan neftinin qiyməti 102 dolları keçib