Azərbaycan manatı barədə PROQNOZ- "Əgər bu alınmazsa, devalvasiya..."
“ABŞ Azərbaycanın 3 qonşusu – Rusiya, İran və Türkiyəyə qarşı səlib yürüşünə başlayıb, hər birini sanksiyalar hesabına iqtisadi zəmində çökdürməyə çalışır”.
Minval.info-nun məlumatına görə, bu sözləri siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib.
O bildirib ki, nəticədə hər 3 ölkənin pul vahidləri – rubl, rial və lirə sürətlə dəyərdən düşür, qiymət artımı müşahidə olunur: “Əlbəttə, ABŞ-ın siyasətində istənilən qədər yanlışlıq tapmaq olar, ancaq fakt göz qabağındadır, dolların çap maşını əlində olduğundan Vaşinqton hədəf seçdiyi ölkəni iqtisadi zəmində zəiflətmək imkanına malikdir. Tərsi mümkün deyil”.
Siyasətçi qeyd edib ki, Azərbaycanın adı çəkilən 3 dövlətdən fərqli olaraq Vaşinqtonla münasibətlərində ciddi problemləri yoxdur: “Ölkəmizin Rusiya, Türkiyə və İranla geniş iqtisadi və ticarət əlaqələrinə malikdir. Ancaq əgər 3 əsas iqtisadi tərəfdaşımızın pul vahidləri çökürsə manatı qorumaq üçün titanik əmək sərf etmək lazım gələcək. Əgər bu alınmazsa Mərkəzi Bankın arqumentini indidən təxmini belə təsəvvür edirəm: “Hər üç qonşumuzda devalvasiya müşahidə olunduğundan manatın devalvasiyası zərurəti yarandı…””
Minval.info
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
