Azərbaycan-İran avtomobil zavodu istehsalı 3 dəfədən çox artırmağı planlaşdırır
2018-ci ilin sonunadək “Xəzər” Azərbaycan-İran avtomobil zavodunda 1,5 min avtomobil istehsalı planlaşdırılır.
Bu barədə Trend-ə zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətindən bildiriblər.
Qeyd olunub ki, yaxın 2-3 ildə müəssisədə istehsal həcminin 3 dəfədən çox artırılması nəzərdə tutulur:
“Artıq 2019-cu ildə avtomobil istehsalını ildə 3 min, 2020-2021-ci illərdə isə 5 min ədədə çatdırmaq planlaşdırılır”.
Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın “Iran Khodro” və Azərbaycanın “Azeurocar” şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.
Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək. Avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır.
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə