16.01.2018 - 20:29
Siyasət
22 baxış
Azərbaycan diasporunun oğurlanmış üzvü azad edildi
2017-ci il dekabrın 11-də Kiyevdə axşam saatlarında yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev yanvarın 15-i azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.Minval.İnfo xəbər verir ki, bu barədə qafqazinfo-aaçıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib.
Ş.Qocayev bildirib ki, hadisə baş verən andan Azərbaycanın Ukraynadakı səfirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna hüquq-mühafizə orqanları arasında birgə müvafiq işlər görülüb. Səfirlik tərəfindən Ukrayna Prezidenti Aparatına, bu ölkənin Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciətlər edilib, həmin qurumlarda görüşlər keçirilib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz nəticəsini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.
H.Abdullayevin oğlu Coşqun Səbrli isə açıqlamasında atasının azad olunmasında göstərdiyi köməkliyə görə, Azərbaycan hökumətinə, ölkəmizin Ukraynadakı səfirliyinə və Ukrayna hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
19.10.2026 - 17:04
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
19.10.2026 - 16:54
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
15.10.2026 - 01:46
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
15.10.2026 - 01:42
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
12.10.2026 - 17:44
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
12.10.2026 - 17:34
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
12.10.2026 - 14:04