Azərbaycan benzini İrəvana çatdı, qiymətlər dəyişdi – indi isə qalmaqal başlayıb
Azərbaycandan Ermənistana benzin tədarükünün başlanmasından sonra yanacağın qiymətində müşahidə edilən ucuzlaşma uzun sürməyib.
Musavat.com xəbər verir ki, indi yerli bazarda qiymətlərin yenidən bərabərləşməsi və Azərbaycan benzini idxal edən şirkətlərin fövqəlgəlir əldə edə bilməsi Ermənistanda müzakirələrə səbəb olub.
Erməni iqtisadçı Qagik Makaryan bildirib ki, yaranmış vəziyyət dövlət qurumlarının daha ciddi diqqətini tələb edir.
Azərbaycandan benzinin ilk partiyaları Ermənistana 2025-ci ilin sonunda çatdırılıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan həmin vaxt yeni tədarüklərin yanacağın qiymətinin aşağı düşməsinə səbəb olacağını bildirmişdi.
İlkin mərhələdə qiymətlərdə müəyyən ucuzlaşma həqiqətən də müşahidə olunub. Lakin bir neçə aydan sonra yanacaq bazarında qiymətlər yenidən bərabərləşməyə başlayıb.
Makaryan hesab edir ki, Azərbaycan benzininin idxalı ilə məşğul olan Ermənistan şirkətləri yaranmış vəziyyətdə fövqəlgəlir əldə edə bilərlər.
İqtisadçının fikrincə, Ermənistanda benzinin hazırkı qiymət səviyyəsini nə məntiqli, nə də iqtisadi cəhətdən əsaslandırılmış hesab etmək olar.
O, yanacağın yüksək qiymətinin mümkün səbəblərinin araşdırılmasının və bazardakı vəziyyətin tənzimlənməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi