Aydın Mirzəzadə: “İrəvanı geri istəyə bilərik”
Deputat Aydın Mirzəzadə Milli Məclisin iclasında Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını davam edirməsindən bəhs etdi. Bildirdi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana güzəştə gedərkən ermənilər bir daha Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyəcəkləri barədə öhdəlik götürsələr də, bu öhdəliyə əməl etmədilər. “Ermənistan bilməlidir ki, əgər əsassız iddialara son qoymasalar, biz artıq İrəvanı mənəvi, bəlkə də hüquqi cəhətdən geri istəyə bilərik. Göyçə, Zəngəzur mahalı hansı sənədlə, hansı əsasla Azərbaycan torpaqları Ermənistan ərazisinə çevrilib? Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirərsə, bizim haqqımız çatyır ki, on min kv km-lik ərazilərimizi geri istəməyə haqqımız çatır”.
A.Mirzəzadə digər məsələyə də münasibət bildirdi: “Eyni zamanda Göyçə kimi min illik tarixi adı olan gölün adını “Sevan”, min illik tarixi olan İrəvanın adını “Yerevan” qoydular. Minlərlə belə toponimlərimizin adı dəyişdirilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Oman Hörmüz boğazı üçün diplomatik təşəbbüs edir
Husilər Qırmızı dəniz sahillərinə hakim oldu
Çoxuşaqlı ailələr üçün müavinət artımı gündəmdə
Ermənistan Rusiya qazına alternativ axtarır
Paşinyan: Rusiya qazı ucuz deyil!
Kərkinin taleyi: Ermənistanın müzakirələri davam edir
Dərsliklər parlamentdə müzakirə olunacaq: Nazir də qatılır