Avropanın bu ölkəsinin adı dəyişir
Makedoniyanın adı dəyişdirilir.
Yunanıstanın baş naziri Aleksis Sipras makedoniyalı həmkarı Zoran Zayevlə Makedoniya Respublikasının konstitusiyada nəzərdə tutulan adının dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlib.
Oxu.Az xəbər verir ki, razılaşma rəsmi Skopyenin Avropa İttifaqına və NATO-nun üzvlüyünə qəbul olunmasına təkan verə bilər.
Məlumata görə, Siprasla Zayev arasında iyunun 12-də baş tutan telefon danışığında bütün ziddiyətli məqamlar həllini tapıb. Ölkənin bundan sonra Şimali Makedoniya adlandırılacağı bildirilir.
Siprazın əldə olunmuş razılaşma ilə bağlı yaxın zamanda Yunanıstanın dövlət telekanalı ilə çıxış edəcəyi bildirilir.
Bundan əvvəl Yunanıstandan olan siyasi partiyaların Makedoniya adının Zoran Zayev tərəfindən təklif olunan yeni variantı ilə razılaşmamışdı. “İllinden Makedoniyası” adı yunan siyasətçilərin qane etməmişdi.
Belə ki, onlar bu adın bilavasitə Egey dənizininə qədər uzanan ərazilərdə (Saloniki daxil olmaqla) “makedon milləti və dövləti” formalaşdırmaq cəhdləri ilə əlaqədar olduğunu hesab edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər