Avropada tapılan mumya ingilis nazirin qohumu çıxdı
1
975-ci ildə İsveçrənin Bazel şəhərindəki kilsələrin birində qadın mumyası aşkar edilib.
Mumya İngiltərənin xarici işlər naziri Boris Consonun qohumu imiş. Conson bu xəbərdən çox şad olduğunu Tvitter səhifəsində yazıb: “Ulu nənəm haqqında eşitmək çox xoş oldu. Qürurvericidir”.
Alimlər əvvəlcə mumyanın kimə məxsus olduğunu müəyyən edə bilməyiblər. Amma testlər sübut edib ki, qadın siflisdən müalicə zamanı civə ilə zəhərlənmədən dünyasını dəyişib. Sonradan tarixçilər ehtimal ediblər ki, qadın varlı Bişoff sülaləsinin üzvüdür. Bu ailənin üzvləri XVIII əsrdə Bazeldə yaşayıblar.
Sonradan alimlər qadının adını da müəyyən ediblər. Anna Katarina Bişoff Boris Consona ana xətti ilə qohumdur. Anna 1719-cu ildə Bazeldə anadan olub. Kilsə əməkdaşı ilə evlənib və siflisə yoluxduqdan sonra dünyasını dəyişib. Anna bu xəstəliyə xəstəxanada, müalicə etdiyi xəstələrinin birindən yoluxub.(ölkə.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır