Avropa İttifaqı Şurasının prezidenti: “Dostun ABŞ-dırsa, düşmənə ehtiyacın yoxdur”

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ABŞ-ın İranla nüvə sazişindən çıxması ilə bağlı qərarını şərh edərək, yarı zarafat, yarı ciddi şəkildə bildirib ki, bunun sayəsində İttifaq illuziyalardan qurtuldu.
Bu barədə o, öz tvitter hesabında məlumat verib. “Donald Trampın son qərarına baxdıqda kimlərsə deyə bilər ki, bu cür dostların varsa, düşmənə ehtiyac yoxdur. Amma gəlin açıq danışaq. Avropa İttifaqı ABŞ-a minnətdar olmalıdır. Bütün illuziyalardan qurtulduğumuz üçün, ona təşəkkür düşür.” – deyə Tusk vurğulayıb.
Digər bəyanatında isə o, Avropa şirkətlərini ABŞ-ın İranla sazişdən çıxmasının neqativ təsirlərindən qorumaq naminə İttifaqın icraedici orqanlarının fəaliyyətə keçməsi üçün imkanların dəyərləndirilməsinin vacibliyini qeyd edib.
“Mən istəyirəm ki, Avropanın maraqlarından söz gedəndə, Avropa Komissiyasının işə keçməsi üçün ona yaşıl işıq yandırılsın. İranla nüvə sazişini qorumaq üçün vahid Avropa cəbhəsi formalaşdırmaq lazımdır. Bu vahidlik, eyni zamanda ABŞ-la alüminium və poladın tariflərinə dair danışıqlarda da sərgilənməlidir”. (Azvision.az)
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə sel nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb
Türkiyədə 74 hərbçi ömürlük həbsə məhkum edildi
İspaniyada koronavirusdan ölüm rekord həddə çatdı
Gənc qız bakirəliyini internətdə satışa çıxardı – FOTOLAR
ABŞ-da COVID-19-dan ölümlər “İspan qripi” qurbanlarının sayını keçdi
Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
Engin Özer: Qarabağda PKK-nın olması Bakının şansını artırır