Avropa İttifaqı Ermənistanı ofşor ölkələrin qara siyahısına daxil edə bilər

Avropa İttifaqı Ermənistanı dekabrda vergi sığınacağı (ofşor) hesab edilən ölkələrin siyahısına daxil edə bilər.
APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Aİ-nin vergitutma məsələləri üzrə xüsusi işçi qrupunun materiallarında əks olunub. Qeyd olunan işçi qrupu vergi məsələlərində Aİ ilə əməkdaşlıqdan boyun qaçıran yurisdiksiyaların siyahısını tərtib edir.
Məlumata görə, işçi qrupu siyahıya dair tövsiyələri Aİ ölkələrinin maliyyə nazirlərinin dekabrın 5-də keçiriləcək müşavirəsində təqdim oluna bilər. Aİ dövlətləri siyahıya daxil edilən ölkələrə qarşı görüləcək tədbirlər barədə hələ ki razılığa gəlməyiblər.
Qeyd olunan qara siyahıya Ermənistan, Kuk adaları, Marşal adaları, Panama, Serbiya, Tunis – ümumilikdə 36 ölkənin daxil ediləcəyi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə
ABŞ-dən faiz artımı: Qızıl və Bitcoin ucuzlaşdı
Türkiyə-Əfqanıstan əməkdaşlığı: Kəşfiyyat sahəsində yeni mərhələ