Artıq Amazonda robotlar işləyəcək
ABŞ-ın nəhəng “Amazon” internet mağazası menecer vəzifəsində çalışan əməkdaşlarını tədricən robotlarla əvəz etməyə başlayıb.
Minval.info-nun Riafan.ru saytına istinadən məlumatına görə, altı rəqəmli maaşlar alan top menecerlər zamanla proqram təminatı ilə əvəzlənəcək.
Bu proqram təminatı məhsullara olan tələbatı və müvafiq qiyməti təyin edə biləcək. Artıq bir neçə rəhbər şəxs tutduğu vəzifədən gediblər.
Şirkətin keçmiş əməkdaşı Eleyn Kvon bildirib ki, riteylin rəhbərliyi belə bir nəticəyə gəlib ki, bir çox yüksək əməkhaqqı alan əməkdaşlar bəzi əməliyyatlara daha çox vaxt ayırıblar. Baxmayaraq ki, bütün bunları avtomatlaşdırmaq mümkündür.
“Rəqəmlər yalan demir, bu model daha sərfəlidir”, – deyə Kvon vurğulayıb.
Məlum olub ki, iri brendlərlə işləyən komanda avtomatlaşdırılmış satışlara rəhbərlik edəcək bir bölmədə birləşdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır