Araz Ağalarovun tikdiyi stadionda prezident tualetinə irad var
FİFA Rusiyanın Kalininqrad şəhərində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən stadiona irad bildirib.
Minval.İnfo Virtualaz.org-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan sənədə əsasən FİFA müfəttişləri stadionun prezidentlər və digər VİP-qonaqlar üçün nəzərdə tutulmuş tualetindən narazı qalıblar. Bu stadionu azərbaycanlı oliqarx Araz Ağalarovun “Crocus Group” şirkəti inşa edir.
Bildirilir ki, müfəttişləri stadiondakı VVİP (very-VİP) tipli tualetlərin təmir üslubu qane etməyib. Belə tualetlər xüsusi olaraq səfirliklərin nümayəndələrinin, hökumət üzvlərinin və FİFA prezidenti Canni İnfantinonun istifadəsi üçün nəzərdə tutulur.
Məlumata görə müfəttişlər tualetlərin onların gözləntilərinə cavab vermədiyini, tualetdən çox ofis mərkəzini xatırlatdığını bildiriblər və məruzə tərtib ediblər. Rusiya nümayəndələri nöqsanları aradan qaldıracaqlarına vəd veriblər.
Kalininqrad hökuməti rəsmiləri isə belə məruzənin hazırlanması barədə deyilənləri təkzib edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır