Aprel şəhidi Emin Bağırovun ad günüdür

Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin üzvü Emin Bağırovun doğum günüdür.
Minval.info xəbər verir ki, E.Bağırov yaşasaydı, 22 yaşını qeyd edəcəkdi.
Qeyd edək ki, Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.
XTQ-in üzvü Emin Bağırov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz aprelin 6-da doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb.
Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx