20.01.2018 - 21:15
Dünya
19 baxış
Apple cihazlarına təhlükə yaradan "Text bomb" virusu aşkarlandı
iPhone və Mac kompüterlərinə təhlükə yaradan yeni “Text bomb” (“Mətn bombası” ) virusu aşkar olunub.iPhone-ların çökməsinə səbəb olan elektron qüsur barədə proqramçı Abraham Masri tvitləyib.
O, virusun kodunu GitHub saytında dərc edib.
“Text bomb”u aktivləşdirmək üçün həmin yazının linkini göndərmək kifayət edir.
Apple hələ ki, xəbəri şərh etməyib.
Mac kompüterlərində virus Safari brauzerinin çökməsinə və başqa növ ləngimələrə səbəb olur.
Hərçənd ki, istifadiçərin təşviş keçirməsinə əsas yoxdur, internet təhlükəsizliyi üzrə ekspertGraham Cluley deyir.
Onun sözlərinə görə, “Text bomb” ciddi təhlükədən daha çox qıcıq doğuran viruslara aid oluna bilər.
Cənab Masri kodu GitHub saytından artıq yığışdırıb. (BBC)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
19.10.2026 - 15:23
Fransada sarı jiletlilərdən sonra xaos: Yüz milyonlarla avroluq itki
19.10.2026 - 14:33