Aparıcı geyiminə görə canlı yayımdan qovuldu – FOTO/VİDEO
Küveytli aparıcı Amal əl-Avadi canlı yayım zamanı efirdən qovulub.
Buna səbəb izləyicilərin aparıcının geyimindən narazı qalması olub.
Efir zamanı redaktor canlı yayımın dayandırılmasını tələb edib. 29 yaşlı aparıcı telekanaldan uzaqlaşdırılıb. Aparıcı “Snapchat” vasitəsilə verdiyi açıqlamada müqavilədəki maddələri pozmadığını açıqlayıb.
Məlum olub ki, hadisəyə səbəb izləyicilərin aparıcının geyiminə qəzəblənməsi olub. Onların fikrincə, Ramazan ayında heç bir aparıcı bu cür geyinməməlidir.
“Aparıcılar Ramazan vaxtı ciddi geyimdən istifadə etməlidirlər”, – izləyicilər sosial şəbəkədə yazıblar.
Şayiələrə görə, Əl-Avadi yüksək vəzifəli məmur tərəfindən işdən qovulub. Kanal bu versiyanı təsdiqləməyib. oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır