Ankara ayağa qalxdı - “ Netanyahunun şəxsiyyət vəsiqəsi...”
AK Partiya sözçüsü Ömər Çelik İsrail Baş nazirinin ofisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamasına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Çelik İsrail Baş nazirinin ofisinin açıqlamasında Ərdoğan haqqında işlədilən ifadələrin əslində Benyamin Netanyahuya aid olduğunu bildirib.
“İsrail Baş nazirinin ofisinin verdiyi açıqlamada Netanyahu haqqında işlədilməli olan ifadələri hörmətli Prezidentimiz haqqında işlədiblər”, – Çelik deyib.
AK Partiya sözçüsü Netanyahunun və onun ətrafının Ərdoğanı davamlı şəkildə hədəfə almasının səbəbinə də toxunub:
“Netanyahu şəbəkəsinin gecə-gündüz Prezidentimizə hücum etməsinin səbəbi odur ki, Prezidentimiz bu qətliam və soyqırımı şəbəkəsinin bütün qətliamlarına və yalanlarına qarşı insanlıq naminə güzəştsiz mövqe nümayiş etdirir”.
Ömər Çelik daha sonra Netanyahu ilə bağlı sərt ifadələr işlədib:
“Soyqırımı, qətliam, yalan, cinayət və insanlığa qarşı cinayətlər Netanyahunun “şəxsiyyət vəsiqəsi’nə çevrilib”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir