Anadan dəhşətli əməl: 4 yaşlı oğluna xlor içirdib öldürdü - FOTO
Ana 4 yaşlı oğlunu əvvəlcə kəmərlə döyüb, daha sonra isə xlor içirdərək öldürüb.
Rusiyanın Xabarovsk vilayətində yaşayan Olqa adlı qadın 4 yaşlı övladını amansızcasına qətlə yetirib.
Qonşuların sözlərinə görə, qadın uşağa zülm vermək məqsədilə onu paltar dolabının içərisində saxlayırmış. Uşağın saatlarla ağladığını deyən qonşular iddia edir ki, qadın onu zirzəmidə çimdirib daha sonra soyuq havada çılpaq vəziyyətdə çölə çıxardırmış.
Son aylarda daha da amansızlaşan ana uşağı kəmərlə döyüb, xlor içirtdikdən sonra, çaydanla baş nahiyyəsinə ağır zərbə endirərək qətlə yetirib.
Cinayəti gizlətmək məqsədilə uşağı nərdivanlardan aşağı yuvarladan qadın onun ölüm səbəbini gizlətməyə çalışıb.
Polis iddialara aydınlıq gətirmək məqsədilə cəsədi ekspertizaya göndərib. Nəticədə məlum olub ki, uşaq yıxılmaqdan ölməyib.
Cinayətkar ana ifadəsində bildirib ki, uşaq ölmək istəyirdi və “məni döy” deyə yalvarırdı:
“Oğlum mənə deyirdi ki, ana, məni döy. Mən də döyürdüm. O, bunu özü istəyirdi”.
Qadın törətdiyi cinayətləri etiraf edib. Məhkəmənin qərarı ilə ona ömürlük həbs cəzası kəsilib. (publika.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü