Ana şəhid olan oğlunun nəşini gətirən əsgərin əlini öpdü, ağladı – VİDEO
Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı zamanı şəhid olan çavuş Yunus Emre Doğan doğulub böyüdüyü Kilis şəhərinin Polateli qəsəbəsində təşkil olunan cənazə mərasimi ilə son mənzilə yola salınıb. Mərasimdə Ədliyyə naziri Abdulhamit Gül də qatılıb.
Türkiyə mətbuatında verilən xəbərə görə, 4 qardaşı olan Yunus Emre subay idi. O, hərbi xidmətdən qayıtdıqdan sonra ailə qurmağı planlaşdırırdı.
Türkiyə Ordu qərargahından verilən məlumata görə, o, Afrinin Bülbül kəndində terrorçuların hücumu nəticəsində həlak olub. Onun şəhid olduğu Bülbül kəndi ilə yaşadığı evin arasında cəmi 35 kilometr məsafə var.
Terrorçuların hücumu nəticəsində şəhid olan digər hərbi qulluqçu isə gizir Ömer Bilal Akpınardır. O, evli olub.
Şəhidin anası onun nəşini gətirən əsgərin əlini öpərək ağlayıb.
“Mənim balamı sən gətirdin? Bu əllərinlə gətirdin? (əlini öpür) Allah səni anana atana bağışlasın”.(milli.az)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır